Hörmətli "Modern" çilər!
Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək doğrudan da çox çətindir. Çağdaş dövrün insanları daha çox və daha tez informasiya əldə etmək imkanına malik olduqlarına görə böyük dünyagörüş qazanır və bunun sayəsində az qala bütün dünyadan xəbərdar olurlar. Bu operativlik həm də bəşəri inkişafın hərəkətverici qüvvəsi olmaqla bir növ zamanı qabaqlamağa imkan yaradır.
Təbii ki, informadiya bolluğu öz-özünə yaranmır və dünyanın o başında baş verən hər hansı hadisədən anındaca xəbərdar olmaq sıradan gələn adi məsələ deyil. Bu sürətli fəaliyyətin arxasında dəyəri heç bir ölçüyə gəlməz insan zəhməti dayanır- jurnalist zəhməti.
Haqqında söhbət açdığım böyük zəhmətin daşıyıcıları arasında adları böyük hərflə yazılan Modern.az saytlnın əməkdaşları da var.
Sizin əhatəli, geniş rəngarəng, bütün oxucu dairəsini qane edən saytınız əksər insanlarımızın informasiya tələblərinin ödənilməsində misilsiz rola malikdir.
Səhifələrinizdə əks olunan bütün materiallar orjinallığı, dəqiqliyi, operativliyi və məzmunu ilə fərqlidir. Siz doğrudan da informasiya sahəsində modernləşən, təkmilləşən, müasirləşən bir sarytın fəaliyyətinə nail ola bilmisiniz.
Bir elm xadimi, eləcə də daimi oxucunuz olaraq bu günkü yubileyinizi təbrik etmək və haqqınızda olan xoş düşüncələrimi sizinlə bölüşmək istədim. 11yaşınız mübarək!
Hörmətlə,
akademik Əhəd Canəhmədov