Modern.az

“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər

“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər

Aktual

1 Sentyabr 2020, 19:41

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu həbs oluna bilər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı tanınmış ispaniyalı jurnalist Gilerme Balage irəli sürüb.

 

“Əgər X.Bartomeu L.Messini ucuz qiymətə satsa, növbəti prezident onu klubun aktivləri ilə pis idarə etməkdə ittiham edə bilər. Bu, onun öz cibindən böyük pul xərcləməsi və hətta həbsi ilə bitə bilər! Buna görə də, X.Bartomeu L.Messinin klubu tərk etməməsi üçün sona qədər mübarizə aparmalıdır”, - jurnalist öz “Twitter” səhifəsində yazıb.

 

Qeyd olunur ki, klub L.Messinin dəyərini 700 milyon avro qiymətləndirir.

 

L. Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV