Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2.351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Modern.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.
Qeyd olunan vəsaitin 1.787,3 milyon manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 milyon manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147,0 milyon manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə 2021-ci il ərzində 609,5 milyon manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur. 2021-ci ilin dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi aşağıdakı kimi proqnozlaşdırılır.