Modern.az

2021-ci il üzrə icmal büdəcinin gəlir və xərcləri...

2021-ci il üzrə icmal büdəcinin gəlir və xərcləri...

Aktual

3 Sentyabr 2020, 11:09

2021-ci il üzrə icmal büdcə gəlirləri 20 619,1 mln. manat səviyyəsində, icmal büdcə xərcləri 28 627,2 mln. manat məbləğində proqnozlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 5 932,9 milyon manat nəzərdə tutulur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12 420,5 milyon manat təşkil edəcək. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 milyon manat məbləğində proqnozlaşdırılır. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 milyon manat nəzərdə tutulur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 502,3 milyon manat proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 8 008,1 mln. manat olacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV