Modern.az

Azərbaycanın dövlət büdcəsinin 2025-cü ilədək proqnozlaşdırılan xərcləri AÇILANDI

Azərbaycanın dövlət büdcəsinin 2025-cü ilədək proqnozlaşdırılan xərcləri AÇILANDI

Aktual

3 Sentyabr 2020, 11:13

Cari ildə makroiqtisadi vəziyyət və iqtisadi aktivliyin yavaşlaması səbəbindən qeyri-neft gəlirlərinin azalması, pandemiyadan zərər çəkmiş sektorlara dövlət dəstəyinin davam etdirilməsi və sosial xərclərin artırılması nəticəsində 2020-ci il üzrə qeyri-neft baza kəsirinin genişlənməsi və qeyri-neft ÜDM-in 33,5 faizi səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Bununla yanaşı, ortamüddətli dövr üçün müəyyən edilmiş fiskal çərçivə və qeyri-neft ÜDM-nin artımına dair proqnozlar əsas götürülməklə icmal büdcənin qeyri-neft baza kəsirinin ortamüddətli dövrdə azalması hədəflənir. Belə ki, 2021-ci il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti ilkin proqnoz göstəriciləri əsasında hesablandıqda 28.0, 2022-ci ildə 25.5, 2023-cü ildə 23.5, 2024-cü ildə isə 21.6 faiz təşkil edəcəyi gözlənilir.

Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsi xərclərinin proqnozu aşağıdakı cədvəldə göstərilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...