Modern.az

Azərbaycanda qarşıdakı 4 il üçün inflyasiya PROQNOZU

Azərbaycanda qarşıdakı 4 il üçün inflyasiya PROQNOZU

Aktual

3 Sentyabr 2020, 11:32

Qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisinin mülayim 3 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, ümumilikdə cari ildə valyuta bazarındakı tarazlıq qorunaraq, inflyasiya gözləntiləri minimum səviyyədə olmuş və birrəqəmli inflyasiya səviyyəsi qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərinin indeksi (inflyasiya) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz səviyyəsində qərarlaşıb. 2020-ci ilin yeddi ayı ərzində illik əsasda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin artım tempi 5,3 faiz-bənd, qeyri-ərzaq məhsullarının qiymətlərinin artım tempi 1,3 faiz-bənd, ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 1,0 faiz-bənd təşkil edib. Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV