COVİD-19-la əlaqədar 2020-ci ilin mart ayından etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu. Bunun əvəzində videobağlantılar keçirilməsi təklif edilirdi.
Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.
F.Əfəndiyev qeyd edib ki, ölkədə yoluxma sayının azalması ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulub:
“Karantin dövründə valideynlərə şərait yaratmışdıq ki, övladları ilə virtual görüşsünlər. Hazırda əksər fəaliyyət sahələri bərpa olunduğundan, valideynlərin övladları ilə görüşünə icazə verilir. Bununla bağlı karantin dövründə verilmiş göstərişin ləğv edilməsi üçün müraciət etmişik”.