Modern.az

Məhkum edilən borclularla bağlı YENİLİK

Məhkum edilən borclularla bağlı YENİLİK

Aktual

4 Sentyabr 2020, 12:20

Məhkum edilən borcluların öz borcunu ödəməsi təmin edilir. Bunun üçün onların əmlakları yoxlanılır.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.


F.Əfəndiyev qeyd edib ki, onun əmlakı yoxdursa belə, cəzaçəkmə müəsisəsində işlə təmin olunduğu halda onun əmək haqqından tutulur.

 

Nazirlik rəsmisi əlavə edib ki, məlumatların daha əlçatan olması üçün elektron informasiya sistemi yaradılıb:

 

“Vətəndaşların daşınar, daşınmaz əmlakı, pensiya, təqaüd alması barədə məlumatlar ora daxil edilir”.


F.Əfəndiyevin sözlərinə görə, borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub.

O qeyd edib ki, burada borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:

“Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV