Modern.az

FHN: Bakıda aşan kranın sürücüsü ölüb - YENİLƏNİB

FHN: Bakıda aşan kranın sürücüsü ölüb - YENİLƏNİB

Aktual

4 Sentyabr 2020, 15:14

Fövqəladə Hallar Nazirliyi Bakıda kranın aşması nəticəsində bir nəfərin öldüyü barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, nazirlik bildirdiyinə görə, bu gün günorta saatlarında "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

***

Bakıda qaldırıcı kranın aşması nəticəsində kranın sürücüsü ağır bədən xəsarətləri alıb.

Bunu Modern.az-a açıqlamasında nazirliyin mətbuat katibi Gülçin Mehdiyeva bildirib.

G.Mehdiyeva əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələrinin cəlb olunduğunu bildirb:

“İlkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib. Əlavə məlumat veriləcək”.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV