Modern.az

Virtual məktəbdə qeydiyyat dayandırılır

Virtual məktəbdə qeydiyyat dayandırılır

Aktual

8 Sentyabr 2020, 11:40

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə