Modern.az

Məşhur “Pianoçu” filminin ssenari müəllifi öldü

Məşhur “Pianoçu” filminin ssenari müəllifi öldü

Aktual

9 Sentyabr 2020, 08:47

Məşhur “Pianoçu” filminin ssenari müalllifi, britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Oskara layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV