Modern.az

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Aktual

10 Sentyabr 2020, 16:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 9-na olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 049 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 138 nəfər reanimasiyada, 14 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 139 və 15 idi.

 

Ümumilikdə 37 874 nəfər virusa yoluxub, 35 269 nəfər sağalıb, 556 nəfər vəfat edib.

 

Bu gün 7290 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 988 268 test aparılıb.

 

Qeyd edək ki, bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV