Modern.az

Azərbaycanda qadın polisə hökm oxundu

Azərbaycanda qadın polisə hökm oxundu

Aktual

11 Sentyabr 2020, 11:26

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə G.Qasımova 10 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin R.Hüseynovun sevgilisi Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV