Modern.az

Məktəblərdə koronavirusla bağlı məntəqələr yaradılacaq - Nazirlik

Məktəblərdə koronavirusla bağlı məntəqələr yaradılacaq - Nazirlik

Aktual

11 Sentyabr 2020, 16:47

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bunun üçün məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq: “Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı