Modern.az

Nazirlikdən etiraf: “Bəzi məktəblərin sanitar qovşaqlarında su problemi var” 

Nazirlikdən etiraf: “Bəzi məktəblərin sanitar qovşaqlarında su problemi var” 

Aktual

11 Sentyabr 2020, 16:52

"Məktəblərdəki sanitar qovşaqlarla bağlı yay dövründə yoxlama aparılıb".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib: "Sanitar qovşaqlardakı problemləri operativ şəkildə həll etməyə çalışdıq. Rayon və ya kənd məktəbləri var ki, sanitar qovşaqlarda su problemi var, indi bununla bağlı da işlər gedir. Su problemi ilə bağlı xətlərdə problem varsa, həll olunur, amma bəzi kəndlərin özündə su problemi var. Bununla bağlı su problemi olan məktəblərə suyun daşınması həyata keçirilir və keçiriləcək". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV