Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 108 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 995 376 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 163 yeni yoluxma, 1 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 38 037 nəfər virusa yoluxub, 557 nəfər ölüb, 35 440 nəfər isə sağalıb. Son sutka ərzində 171 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 040 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 132 nəfər müalicə alır, 13 nəfər isə süni tənəffüs cihazına qoşulub.