Modern.az

Daha bir ölkədə ölüm hökmü ləğv edildi

Daha bir ölkədə ölüm hökmü ləğv edildi

Aktual

24 Sentyabr 2020, 10:46

Qazaxıstanda ölüm hökmü ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb.

 

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib.

 

Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada