Modern.az

Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır - SİYAHI

Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır - SİYAHI

Aktual

5 Oktyabr 2020, 09:52

Azərbaycanda COVİD-19 virusuna yoluxanların 56 faizi Bakıdadır. Modern.az koronavirus.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma  14,3 faizlə Binəqədi rayonundadır.


Sonrakı yerlərdə 12,4 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,5 faizlə Sabunçu, 8,8 faizlə Nəsimi, 8,2 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,5 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5,3 faizlə Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV