Modern.az

Baş Prokurorluqdan Ordumuz üçün 1 milyon 280 min manatlıq ianə

Baş Prokurorluqdan Ordumuz üçün 1 milyon 280 min manatlıq ianə

Aktual

5 Oktyabr 2020, 14:50

Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV