Modern.az

Azərbaycanın baş infeksionisti vəzifədən azad edildi 

Azərbaycanın baş infeksionisti vəzifədən azad edildi 

Aktual

7 Oktyabr 2020, 15:33

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

 

Modern.az-ın məlumatına görə, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

 

Onun yerinə isə Təyyar Eyvazov təyin edilib.

 

C.İsayev Modern.az-a açıqlamasında bildirib ki, heç bir vəzifə əbədi deyil:

 

“Bunu normal qəbul etmək lazımdır. Hazırda Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyətimi davam etdirirəm”.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?