Modern.az

9 ayda əhaliyə bu qədər pensiya və müavinət ödənilib - Məbləğ

9 ayda əhaliyə bu qədər pensiya və müavinət ödənilib - Məbləğ

Aktual

7 Oktyabr 2020, 16:38

9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

 

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla 4 mlrd. 302 mln. manat ödənilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV