Modern.az

Pravoslavlar Bakıdakı kilsədə Qarabağa sülhün gəlməsi üçün ibadət etdilər

Pravoslavlar Bakıdakı kilsədə Qarabağa sülhün gəlməsi üçün ibadət etdilər

Aktual

8 Oktyabr 2020, 14:02

Bu gün səhər Bakıdakı "Jen Mironosits" pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib.

 

Modern.az-ın məlumatına görə, ibadət zamanı Azərbaycana dəstək ifadə edilib.

 

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!” duaları edilib.

 

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV