Modern.az

Mediator olmaq istəyənlər üçün qərar dəyişdi

Mediator olmaq istəyənlər üçün qərar dəyişdi

Aktual

8 Oktyabr 2020, 18:11

Mediator olmaq istəyən şəxslərin və mediatorların (bundan sonra - dinləyici) ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır.

 

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərarda dəyişiklik edib.

 

Qərarın izahında bildirilib ki, xüsusi karantin rejimi dinləyicilər üçün təlimlərin əyani formada aparılmasını qeyri-mümkün edir və bu sahədə çətinliklər yaranır.

Qeyd edilənləri nəzərə alaraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” na aşağıdakı redaksiyada 2.14-1-ci bənd əlavə edilib:

“2.14-1. Təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçirilir.”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV