Modern.az

2040-ci ilə qədər Bakının metro şəbəkəsi xeyli genişləndiriləcək

2040-ci ilə qədər Bakının metro şəbəkəsi xeyli genişləndiriləcək

Aktual

9 Oktyabr 2020, 14:57

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq.

 

Modern.az-ın məlumatına görə, bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb.

 

Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

 

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

 

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV