Modern.az

Paytaxtda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq

Paytaxtda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq

Aktual

9 Oktyabr 2020, 15:14

2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2 300 km-dən 2 550 km-ə çatdırılması planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

 

Məlumatda deyilir: “Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV