Modern.az

Yaqut Qarayeva: “Həkimlər arasında da həlak olanlar var”

Yaqut Qarayeva: “Həkimlər arasında da həlak olanlar var”

Aktual

16 Oktyabr 2020, 11:34

Bəzi həkimlərimiz var ki, cəbhə bölgəsində yaralı əsgərlərimizi zirzəmilərdə qəbul etməyə məcbur olub.

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabienti yanında Operativ Qərargahın birifinqində bildirib.

 

Y.Qarayeva qeyd edib ki, Ağdamda, Beyləqanda, Füzulidə və başqa bölgələrimizdə belə hallar yaşanır:

“Amma təəssüf ki, cəbhə bölgəsində xidmət göstərən həkimlər arasında da həlak olanlar var. Bir həkimin o pilləyə gəlməsi üçün nə qədər çətin proseslərdən keçdiyini bilirik. Ona görə də bir həkimin itirilməsi səhiyyəmiz üçün böyük itkidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV