Modern.az

Şəhid gizir Orxan Balayev Qubada dəfn olundu - FOTO

Şəhid gizir Orxan Balayev Qubada dəfn olundu - FOTO

Aktual

30 Noyabr 2020, 13:10

Qubada Vətən müharibəsinin daha bir igid oğlu ilə vida mərasimu keçirilib.

 

Modern.az xəbər verir ki, rayonun qədim Alpan kəndi bu gün 22 yaşlı şəhidi, Azərbaycan Ordusunun giziri Orxan Vidadi oğlu Balayevi qoynuna aldı.

 

Kənd qəbristanlığında keçirilən dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

 

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev Şəhid gizir Orxanın cənazəsinə bükülmüş Azərbaycan Bayrağını atası Vidadi Balayevə təqdim edib. 

 

İcra başçısı şəhidin atasına Orxan kimi Vətən yolunda qan tökən oğullarımızın hər birimizin and yeri olduğunu deyib:

 

"Qalib Ordunun şəhididir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuz torpaqlarımızı işğalçılardan təmizlədi. Başınızı dik tutun. Onlar hər birimizin baş tacıdırlar."

 

Allah rəhmət eləsin!

 

Aytəkin Alxaslı, Jurnalist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu