Modern.az

Fransa səfirindən Qarabağla bağlı BƏYANAT

Fransa səfirindən Qarabağla bağlı BƏYANAT

Aktual

8 Dekabr 2020, 13:48

“Sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır”.

 

Modern.az xəbər verir ki, bu, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun bəyanatında qeyd olunub.

 

“2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki dəfə - iyulda və payızda hərbi qarşıdurma baş verib. Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. Birgə yaşamanın yeni formaları tapılmalıdır. Çağırışlar və perspektivlər olacaq”, - bəyanatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...