Modern.az

Xaçmazda partlayış - xəsarət alan var

Xaçmazda partlayış - xəsarət alan var

Aktual

11 Dekabr 2020, 21:20

Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!