Modern.az

“Satqın istefaya getməlidir”

“Satqın istefaya getməlidir”

Aktual

26 Dekabr 2020, 20:33

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefaya getməsini tələb edir.

 

Modern.az "İzvestiya"ya istinadla xəbər verir ki, "Daşnaktsutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan N.Paşinyanın istefasını qaçılmaz, növbədənkənar seçkilərin keçirilməsini isə qəbuledilməz adlandırıb:

 

"Siyasi cəsəd yenə də xalqın arxasında gizlənərək, yenə də onları aldatmağa çalışaraq qurtuluş yolları axtarır. Sənin siyasi ölümün artıq bir həqiqətdir, istefan isə qaçılmazdır".

 

İ.Saqatelyan qeyd edib ki, N.Paşinyan növbədənkənar seçkiləri inzibati resurslar hesabına təşkil etməyə çalışır:

 

"Bu seçim qəbuledilməzdir. Bir yol var - satqın istefaya getməlidir, bundan sonra isə erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı verilməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV