Modern.az

Tanınmış jurnalist 61 yaşını qeyd edir

Tanınmış jurnalist 61 yaşını qeyd edir

Aktual

18 Avqust 2012, 13:31

Modern.az xəbər verir ki, bu gün tanınmış jurnalist Azərbaycan Dövlət Teleqraf Agentliyinin –AzərTAc-ın Baş direktoru Aslan Aslanovun ad günüdür.  

Aslan Əhməd oğlu Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1975-ci ildən 1990-cı ilədək Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində, 1990-cı ilin dekabrından 1992-ci ilin noyabrınadək “Xalq qəzeti”ndə işləyib. 1992-ci ildə AzərTAc-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini təyin edilib. 2002-ci ilin oktyabrında Heydər Əliyevin fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunub.

1993-cü ildən 2002-ci ilədək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.

2000-ci ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb, 2005-ci ildə “Tərəqqi” medalı, 2010-cu ildə “Vətənə xidmətə görə” ordeni, 2011-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni və Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Jurnalistika sahəsində Həsən bəy Zərdabi, “Qızıl qələm” və “Ali Media” mükafatlarının laureatıdır.

"Heydər Əliyev və AzərTAc" (2005), "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" (2008), “AzərTAc-90” (2011) kitablarının, “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri” (2011) monoqrafiyasının, eləcə də Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş onlarla elmi və publisistik məqalənin müəllifi, çoxsaylı kitabın redaktorudur.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2007-ci il dekabrın 12-dən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) büro üzvüdür.
2004-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının, 2010-cu ildən Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin üzvüdür. 2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir.

2011-ci il iyunun 13-dən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 14 ölkənin informasiya agentlikləri alyansının - Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) prezidentidir.
Ötən il Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aslan Aslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Ailəlidir, bir oğlu var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı