Modern.az

Messi Xavinin rekordunu təzələdi

Messi Xavinin rekordunu təzələdi

Aktual

16 Mart 2021, 00:41

İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

 

Hazırda qarşılaşmada ilk hissə oynanılır və meydan sahibləri 34 yaşlı forvardın 13-cü dəqiqədə vurduğu qolla hesabda öndədir - 1:0.

 

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi