Modern.az

Yevlaxda iki minik avtomobili toqquşdu - 7 nəfər xəsarət alıb

Yevlaxda iki minik avtomobili toqquşdu - 7 nəfər xəsarət alıb

Aktual

20 Mart 2021, 16:22

Yevlaxda ağır yol qəzası olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

 

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi