Modern.az

"Vaşinqton Post" İlham Əliyevin Novruzu Şuşada qeyd etməsindən yazdı

Aktual

20 Mart 2021, 23:05

ABŞ-ın məşhur “Vaşinqton Post” nəşrində Novruz bayramının erməni işğalından azad olunan Şuşada qeyd edilməsi barədə məqalə dərc edilib.

 

Modern.az xəbər verir ki, müəllif "Azərbaycan Prezidenti Novruzu azad edilmiş mədəniyyət şəhərində qeyd edir" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində ənənəvi tonqalı alovlandırmaqla azad olunan torpaqlara bayram gətirdiyi səfərini işıqlandırır.

 

Məqalədə Şuşanın əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olduğu və 2020-ci ilin noyabrında bu şəhərin Azərbaycan silahlı qüvvələri tərəfindən azad edilməsinin böyük simvolik əhəmiyyəti və strateji baxımdan vacibliyi qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?