Modern.az

Gürcüstandan Vətən müharibəsi qazilərinə sovqat göndərildi

Gürcüstandan Vətən müharibəsi qazilərinə sovqat göndərildi

Aktual

21 Mart 2021, 09:51

Marneuli rayonunda fəaliyyət göstərən “Səadət” Fondu tərəfindən Azərbaycanda Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə sovqat göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbycanın Gürcüstandakı səfirliyi məlumat verib. Məlumata əsasən, sözügedən yardım Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib.

 

Məlumatda qeyd olunub ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə həmin sovqatın olduğu yük maşını Gürcüstan-Azərbaycan sərhədini keçərək ünvanına yola salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?