Modern.az

ABŞ-da 1 nəfərin qətlində günahlandırılan şəxs 15 nəfəri öldürdüyünü etiraf etdi

ABŞ-da 1 nəfərin qətlində günahlandırılan şəxs 15 nəfəri öldürdüyünü etiraf etdi

Aktual

21 Mart 2021, 16:14

ABŞ-da 1 nəfərin qətlində günahlandırılan şəxs 15 nəfəri öldürdüyünü etiraf edib.

 

Modern.az-ın KRQE telekanalına istinadən verdiyi məlumata görə, bu ilin martında Missuri ştatının Sent-Luis şəhərində 47 yaşlı Şon Lannon bir nəfəri avtomobili ilə oğurlayarkən saxlanılıb.

 

Ş. Lannon bir nəfəri ölünə qədər döyməkdə, o cümlədən Nyu-Meksika ştatındakı Albukerke aeroportunun qarajındakı avtomobildə meyitləri aşkarlanan 4 nəfəri öldürməkdə şübhəli sayılır.

 

İstintaq zamanı isə Ş. Lannon tək bu 5 cinayəti törətdiyini deyil, eyni zamanda Nyu-Meksika ştatında 11 nəfəri öldürdüyünü bildirib. O, öldürdüyü şəxslərin narkotacir olduqlarını iddia edib.  

 

Ş. Lannon qurbanlarından birinin - Albukerke aeroportunda maşında meyiti tapılanlardan Cennifer Lannonun keçmiş həyat yoldaşıdır.

 

Hələlik Ş. Lannona qarşı yalnız Nyu-Cersidə bir nəfərin ölümü ilə əlaqədar ittiham irəli sürülüb. Polis Ş. Lannonun ifadəsində etiraf etdiyi qətllərlə bağlı məsələni araşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi