Modern.az

Avropa İttifaqının sammiti videokonfrans rejimində keçiriləcək

Avropa İttifaqının sammiti videokonfrans rejimində keçiriləcək

Aktual

21 Mart 2021, 20:20

25-26 mart tarixlərində Brüsseldə keçirilməli olan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının sayının artması səbəbilə videokonfrans rejimində baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts özünün tvitter səhifəsində yazıb.

 

B.Leyts bildirib ki, bu barədə qərarı Avropa Şurasının prezidenti Şarl Mişel qəbul edib.

 

 

 

Qeyd edək ki, Avropada koronavirusun yayılmasının üçüncü dalğası çərçivəsində hər gün yoluxma hallarının sayında artım müşahidə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?