Modern.az

Gəncədə yol qəzası - xəsarət alanlar var

Gəncədə yol qəzası - xəsarət alanlar var

Aktual

22 Mart 2021, 20:37

Gəncə şəhərində minik və kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

 

“Daewoo” markalı kiçik tutumlu yük avtomobili ilə “Nissan” markalı avtomobilin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərid Seyidov və daha bir nəfər xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb.

 

Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?