Modern.az

Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarladı

Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarladı

Aktual

23 Mart 2021, 09:35

İnsan bədənində əvvəllər öyrənilməmiş kimyəvi maddələr var.

 

Modern.az-ın məlumatına görə, bu barədə Kaliforniya Universiteti alimlərinin “Environmental Science & Technology” jurnalında dərc edilən məqaləsində deyilir.

 

Hamilə qadınların iştirak etdiyi araşdırma zamanı müəlliflər yüzdən çox kimyəvi maddə aşkar ediblər. Üstəlik, bunlardan 55-i əvvəllər müşahidə edilməyib, 42-də isə mənbəyi və tətbiq üsulunu təyin etmək mümkün olmayıb.

 

Alimlərin fikrincə, kimyəvi maddələrin qidalar vasitəsilə orqanizmə daxil olma ehtimalı böyükdür:

 

“Bu kimyəvi maddələr bəlkə də bir müddətdir insanlarda mövcuddur, lakin texnologiyamız mövcud maddələri indi daha yaxşı müəyyənləşdirməyimizə kömək edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...