Modern.az

Qənirə Paşayeva Azərbaycan həqiqətlərini xaricdə yayan ərəbşünasla görüşdü

Qənirə Paşayeva Azərbaycan həqiqətlərini xaricdə yayan ərəbşünasla görüşdü

Aktual

25 Mart 2021, 11:07

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva gənc ərəbşünas Həşim Məmmədovu Mədəniyyət Komitəsində qəbul edib.


Q.Paşayeva ərəbdilli xarici mediada Azərbaycan həqiqətlərinin intellektual təbliğinə, Vətən Müharibəsi gerçəkləri, ermənilərin Azərbaycan mədəni irsinə qarşı vandallığı ilə bağlı məqalələrlə çıxış etdiyinə görə ona təşəkkür edib, yeni uğurlar diləyib.


H.Məmmədov Novruz bayramı münasibəti ilə təbrik edən Q.Paşayeva ona Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.


H.Məmmədov görüş, təbrik və tövsiyyələr üçün Komitə sədrinə təşəkkürünü bildirib.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi