Modern.az

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb

Aktual

25 Mart 2021, 11:45

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İQLA” zenit raket kompleksi, 1 ədəd “MUXA” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?