Modern.az

Prezident Dubay Əmirinə başsağlığı verib

Prezident Dubay Əmirinə başsağlığı verib

Aktual

25 Mart 2021, 17:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət,

Qardaşınız – Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?