Modern.az

ABŞ-dan Fələstinə dəstək

ABŞ-dan Fələstinə dəstək

Aktual

25 Mart 2021, 22:41

ABŞ Fələstinə 15 milyon dollar məbləğində humanitar yardım edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

 

"ABŞ Qərb sahilindəki (İordan çayı) və Qəzza zolağındakı ən həssas təbəqələri dəstəkləmək üçün 15 milyon dollarlıq humanitar yardım ayırdığını elan etməkdən məmnunluq duyur", - deyə diplomat bildirib.

 

Diplomat bu vəsaitlərin koronavirusa yoluxanları müalicə edən xəstəxanalara dəstək verməyə, kasıb ailələrə kömək etməyə və qida proqramlarına yönəldiləcəyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?