Modern.az

Saatlıda yas mərasimi dayandırıldı

Saatlıda yas mərasimi dayandırıldı

Aktual

19 Aprel 2021, 11:57

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Fətəlikənd kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

 

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

 

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbir görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!