Modern.az

Türkiyənin məşhur serialı Qarabağa həsr olundu

Türkiyənin məşhur serialı Qarabağa həsr olundu

Aktual

19 Aprel 2021, 13:24

Fox TV-də  yayımlanan Türkiyənin məşhur “Savaşçı” serialının 101-ci bölümü Qarabağa həsr olunub.

Modern.az xəbər verir ki, ekran işinin bu həftə yayımlanan bölümündə işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı ekranlaşdırılıb. Sözügedən terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.

Qeyd edək ki, serialda məcburi köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.

 

Aysel Məhərrəmova 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı