Modern.az

Livanın xarici işlər naziri istefa verdi

Livanın xarici işlər naziri istefa verdi

Aktual

19 May 2021, 12:25

Livanın xarici işlər naziri səlahiyyətlərini icra edən Şarbel Vahbe istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

 

Ş.Vahbe istefa ərziəsini Prezident Mişel Auna təqdim edib.

 

Onun istefası “Al-Hurra” televiziyasının efirindəki çıxışı ilə əlaqələndirilir. Nazirin sözləri körfəzdəki bəzi dövlətlərin terrorçu İŞİD qruplaşmasını dəstəkləməsi kimi qəbul edilib.

 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzdəki Ərəb Dövlətləri Əməkdaşlıq Şurası mayın 18-də Ş.Vahbenin çıxışına rəsmi etiraz bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia