Modern.az

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Dünya

Bu gün, 17:56

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub. Cari ilin ilk 9 ayında ölkə əhalisi 410 min 118 nəfər artıb.

İyulun 1-dən oktyabrın 1-dək olan dövrdə isə artım 181 min 684 nəfər təşkil edib.

Beləliklə, oktyabrın 1-nə Türkiyənin əhalisinin sayı 86 milyon 502 min 286 nəfərə yüksəlib.

Əhali arasında kişilərin sayı qadınlardan bir qədər çoxdur. Belə ki, kişilər ümumi əhalinin 50,02 faizini (43 milyon 264 min 337 nəfər), qadınlar isə 49,98 faizini (43 milyon 237 min 949 nəfər) təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia