Modern.az

Norveçli müğənni “Avroviziya“ təmsilçimizə aşiq olub - VİDEO

Norveçli müğənni “Avroviziya“ təmsilçimizə aşiq olub - VİDEO

Aktual

19 May 2021, 12:42

Son günlər "Avroviziya" Mahnı Müsabiqəsi ilə bağlı müzakirə olunan məsələlərdən biri də norveçli iştirakçı TIX-in təmsilçimiz Samirə Əfəndiyə heyranlığıdır.

 

Modern.az Yenisabah.az-a istinadən xəbər verir ki, xarici "yutub kanalları" artıq onlar arasında eşq olduğunu iddia etməyə başlayıb. TIX-in müsahibə verən zaman “Mata Hari” mahnısını eşidərək dərhal rəqs etməsi, daha sonra Samira Əfəndi barədə “Mən onu çox bəyənirəm” ifadəsini işlətməsi böyük maraqla qarşılanıb. Hətta daha sonra o, Azərbaycana və Samirə Əfəndiyə mahnı həsr edib və ona gül buketi ilə hədiyyə göndərərək, “Mənim qəlbim sənə aiddir”,-notunu qeyd edib.

 

Samira Əfəndi isə öz növbəsində TIX-in bu cəhdlərindən sonra onun üçün mahnı səsləndirib. Həmçinin TIX-ə xüsusi məktub göndərib. Məktubda, “Sən mənimlə hara getmək istəyirsən: nahara, Bakıya, yoxsa möhtəşəm finala?”,-sözlərinə yer verilib. TIX isə  bunların hər üçünü etmək istədiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı