Modern.az

AZAL-ın adından fırıldaqçılıq edilirmiş - Şirkət məlumat yaydı

AZAL-ın adından fırıldaqçılıq edilirmiş - Şirkət məlumat yaydı

Aktual

20 May 2021, 20:01

Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.

 

Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.

 

“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı