Modern.az

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Dünya

Bu gün, 17:46

Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb.

Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasının qarşısı alınmazsa, binanın təhlükəsizlik baxımından "fəlakətli hadisə" riski ilə üzləşəcəyini vurğulayıblar. Hesabatda bərpa layihəsinin yubadılmasının həm riskləri, həm də maliyyə xərclərini günbəgün artırdığı bildirilir.

Qeyd edək ki, Londonun simvollarından biri olan tarixi Vestminster Sarayı uzun illərdir ki, ciddi bərpa və yenidənqurma işlərinə ehtiyac duyur.

Gülbadam Cümşüdova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia